Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda ictimai hamamların fəaliyyəti bərpa edilir - QƏRAR

Azərbaycanda ictimai hamamların fəaliyyəti bərpa edilir - QƏRAR


11-12-2021, 11:21. Yazar: Xeberaz

Azərbaycanda ictimai hamamların fəaliyyəti bərpa edilir - QƏRAR



Azərbaycanda koronavirus pandemiyası şəraitində hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa olunur.
Bu barədə Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında bildirilir.
Qeyd olunur ki, 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri fəaliyyət göstərə biləcək.
Qərara əsasən, hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.



Geri dön