Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı - FOTO

Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı - FOTO


11-12-2021, 10:57. Yazar: Xeberaz

Bakının Yasamal rayonunda 4 avtomobil qəzaya uğrayıb.
Hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
Belə ki, "Range Rover" markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca, daha sonra yol nişanına çırpılıb.
Daha sonra maşın yol kənarında dayanan iki "Mercedes" və "Mitsubishi" markalı avtomobillərə çırpılıb və aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Məqaləyə dair fotomateriallar:









Geri dön