Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Adam öldürdüyü həyətində başından güllələndi - Bakıdakı qətlin təfərrüatı - FOTO

Adam öldürdüyü həyətində başından güllələndi - Bakıdakı qətlin təfərrüatı - FOTO


11-12-2021, 10:56. Yazar: Xeberaz


Ötən gün Bakının Binə qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə qətlə yetirilən 1978-ci il təvəllüdlü Mirzəyev Allahverdi Ağaşirin oğlunun öz evinə gəldiyi zaman baş verib.
Belə ki, A.Mirzəyevə 10 RL 313 dövlət nömrə nişanlı "Gelandewagen" markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman arxadan baş nahiyəsindən atəş açılıb. O, hadisə yerində keçinib. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Məlumata görə, A.Mirzəyevin özü də bir neçə il öncə qətl hadisəsi törədib. O, bu səbəbdən uzun müddət həbsdə yatıb. Maraqlıdır ki, illər öncə törədilən bu qətl hadisəsinin də Allahverdi Mirzəyevə məxsus evin həyətində baş verdiyi bildirilir.
Qeyd edək ki, Allahverdi Mirzəyevin ölümü ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Məqaləyə dair fotomateriallar:








Geri dön