Ana Sayfa > Karusel / Gündəm > Məktəbə hücum olub? - İcra başçısından açıqlama

Məktəbə hücum olub? - İcra başçısından açıqlama


10-12-2021, 17:05. Yazar: Xeberaz
Məktəbə hücum olub? -İcra başçısından açıqlama

Xəbər verdiyimiz kimi, Tərtər rayonun Şıxarx kəndində yerləşən 2 saylı orta məktəbə hücum olması ilə bağlı xəbər yayılıb.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı bildirib ki, məktəbə kənar şəxslər tərəfindən heç bir hücum olmayıb.
İcra başçısı bildirib ki, Vətən müharibəsi dövründə evləri dağılan bir qrup məcburi köçkün ailəsi evlərinin təmiri başa çatmadığı üçün hələ də Tərtər rayonunun Şıxarx 2 saylı tam orta məktəbində yaşayırlar.
M.Məmmədov qeyd edib ki, fotosu yayılan stullar məktəbin iclas zalınındır. 

Geri dön