Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə / M2 > Sarımsaq, zəncəfil koronavirusu SAĞALTMIR

Sarımsaq, zəncəfil koronavirusu SAĞALTMIR


10-12-2021, 17:00. Yazar: Xeberaz
“İstənilən virus xəstəliyində ona qarşı effektli pereparatlar demək olar ki, bütün dünyada yoxdur. İmmun sistemini qaydada saxlamaqla, dəstək müalicəsi ilə virus mənşəli xəstəliklərin çoxundan sağalmaq olar”.
 
Bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib.
 
Onun sözlərinə görə, COVID-19 da o qrup xəstəliklərdən biridir:
 
“Bilirik ki, 80 faiz hallarda koronavirus həkim müayinəsinə, xəstəxanaya ehtiyac olmadan ev şəraitində öz-özünə sağala bilən xəstəlikdir. 20 faiz hallarda isə xəstəxanaya yerləşdirilməyə ehtiyac yaranır. Bu kimi hallarda nə sarımsaq, nə zəncəfil kömək edir. Virusu yüngül keçirən xəstələrdə immun sistemini qorumaq məqsədi ilə bol vitamin tərkibli qidalar, düzgün yuxu və fiziki hərəkət etmək məsləhətdir”.

Geri dön