Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > Roza Zərgərli kliniki ölüm keçirdi

Roza Zərgərli kliniki ölüm keçirdi


10-12-2021, 16:58. Yazar: Xeberaz

“Dörd-beş saatlıq həyatım beynimdən silinib”.
Bu sözləri ARB-də yayımlanan “Xəbər-Ətər” verilişində qonaq olan müğənni Roza Zərgərli deyib.
Müğənni kliniki ölüm keçirdiyini söyləyib:
“Qanımda zəhərlənmə olmuşdu. Dörd-beş saatlıq həyatım beynimdən silinib. Oyananda dedim nə yaxşı ki, həyatımı normal yaşamışam. Maşının içərisində küçədə qalmışdım. Yol polisi və tibb işçilərinə təşəkkür edirəm. Onlar məni tanıdı. Təbii, hamıya yardım göstərə bilərlər. Lakin bu mənim üçün xoş bir hal idi”.
Geri dön