Ana Sayfa > Karusel / Hadisə > Bakıda qadın avtobusdan yıxıldı, ağır xəsarət aldı

Bakıda qadın avtobusdan yıxıldı, ağır xəsarət aldı


5-12-2021, 12:38. Yazar: Xeberaz

Bakıda qadın avtobusdan yıxıldı, ağır xəsarət aldı 



Bakıda xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayon ərazisində 1973-cü il təvəllüdlü Əhmədova Reyhan Əliş qızı 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - Gənclik m/s ) üzrə hərəkət edən sərnişin avtobusundan yerə yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Geri dön