Ana Sayfa > Karusel / Hadisə > Metroda həyəcanlı anlar - Sərnişin stansiya yoluna düşdü

Metroda həyəcanlı anlar - Sərnişin stansiya yoluna düşdü


5-12-2021, 12:30. Yazar: Xeberaz
"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.
Dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub.
Aidiyyəti üzrə araşdırma aparılır.




Geri dön