Ana Sayfa > Karusel / Hadisə > Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb

Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb


4-12-2021, 11:07. Yazar: Xeberaz


Qusar rayonunda yaşayış evi yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gündüzqala kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Babayev Əşrəf Əmirağa oğluna məxsus yaşayış evi tamamilə yanıb. Evdə olan Ə.Babayev də yanaraq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Geri dön