Ana Sayfa > Karusel / Gündəm / Araşdırma > Bəşəriyyətin sonunu gətirəcək gizli təcrübə üzə çıxdı - ŞOK İDDİA

Bəşəriyyətin sonunu gətirəcək gizli təcrübə üzə çıxdı - ŞOK İDDİA


4-12-2021, 10:56. Yazar: Xeberaz

Dünya robotlarla bağlı inkişafları izlədiyi bir vaxtda hər kəsdən gizlədilən bir təcrübə üzə çıxıb.
ABŞ-ın Harvard Universitetinin Viss İnstitutu və Tuftsdakı Allen Araşdırmalar Mərkəzində aparılan təcrübədə robotlar mitozla çoxaldılıb.
Uğurlu təcrübə dünya tarixində bir ilk kimi qeydə alınıb.
Tədqiqatçılar robotların təkbaşına çoxalmasını təmin etmək üçün qurbağa hüceyrələrindən istifadə ediblər. Robotlar bu təcrübədən uğurla çıxıblar və özlərini çoxaltmağı bacarıblar. Amma bəzi elm adamlarına görə, bu uğur bəşəriyyət üçün eyni dərəcədə faydalı olmaya bilər.
Ən son inkişaflardan sonra gözlər başqa təcrübələrə çevrilib. Belə ki, Amerikada aparılan tədqiqatlarda robotlara silahdan istifadə öyrədilib. Bundan əlavə, başqa bir araşdırmada robotlara riyazi məsələləri həll etməsi də öyrədilib.
Sui-qəsd nəzəriyyəçiləri baş verənlərin insanlar və robotlar arasında müharibəyə səbəb olacağını iddia edirlər. İş o yerə çatıb ki, nəzəriyyəçilər sözügedən müharibəyə əvvəlkindən daha yaxın olduğumuzu deyirlər.

Geri dön