Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda 41 dərəcə isti olacaq

Azərbaycanda 41 dərəcə isti olacaq


18-08-2015, 14:35. Yazar: Fehrad
Azərbaycanda 41 dərəcə isti olacaq



Meteohəssas insanlara xəbərdarlıq edildi.

Xeberaz.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, Azərbaycanın rayonlarında avqustun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Xeberaz.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 32-37, Bakıda gecə 24-26 isti, gündüz 35-37 dərəcə isti olacaq.
Geri dön