Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Yeni ştam və QAPANMA TƏHLÜKƏSİ QAPIDA - Azərbaycanı nə gözləyir?

Yeni ştam və QAPANMA TƏHLÜKƏSİ QAPIDA - Azərbaycanı nə gözləyir?


29-11-2021, 14:11. Yazar: Xeberaz

Təcrübə göstərir ki, hələlik mövcud ştamların hər biri digərlərindən daha aqressivdir. "Omirkon" ştamı da özünün aqressiv davranışı ilə diqqət cəlb edir. Odur ki, bəzi ölkələrdə artıq "lockdown" tətbiq olunmağa başlayıb və vəziyyət ciddiləşib. Karantin tədbirləri daha ciddi xarakter alıb. Hesab edirəm ki, bu da əldə olunan təcrübədən qaynaqlanır. Azərbaycan da qloballaşan dünyanın tərkib hissəsidir. Ştamın ölkəmizdə yayılması təbiidir. Hər halda rəsmən elan edilməsə də, ştamın bura gəlməsi real bir məsələdir.
Bu sözləri yeni "Omirkon" ştamı haqqında danışan professor Adil Qeybulla deyib.
Professor qeyd edib ki, biz də müəyyən karantin tədbirlərinə ciddi əməl etməliyik:
"Qapalı mühitdə davranış qaydaları tez-tez insanlara izah olunmalıdır, bu, çox mühümdür. Odur ki, bu ştamın digərlərindən daha yoluxucu və aqressiv olması vaksinlərdən və immun reaksiyadan yayına bilmə qabiliyyətini nəzərə alaraq növbəti dalğanın hansı istiqamətdə yol alacağını deyə bilmirik. Müəyyən profilaktik tədbirlərin görülməsinə başlamalıyıq.
Mutasiya prosesi davam etdikcə, yeni ştamlar özlərini müxtəlif cür aparır. Buna görə də mövcud yaranmış immun reaksiyadan yayına bilir. Ümumiyyətlə, RNT daşıyıcılı ribonuklein turşusunun genomunda olan viruslar mutasiyaya uğramaq qabiliyyətinə malikdir. Buna görə də onların birmənalı vaksinasiyası yoxdur. Məsələn, qrip kimi. Amma DNT daşıyıcılı virusların əksəriyyətinin vaksini var. İstənilən halda vaksinasiya çox önəmlidir, immun sistemin oyanması, hazır vəziyyətdə olması göstərir ki, vaksin olunmuş şəxslərdə ölüm halları az olur, yoluxsalar belə. Digər tərəfdən yoluxma da az olur. Nəticə ondan ibarətdir ki, vaksin epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün davam etdirilməlidir.
Vaksin infeksiyasının kökünü birdəfəlik kəsə bilmir, bütün dünya vaksinasiya oluna bilmir. Çünki vaksin dünya ölkələrinin hamısına çatmır. İkincisi, əhalinin əksər hissəsində hələ də vaksin tərəddüdü qalır".

Geri dön