Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda “ayıq sürücü” qəza törədib - FOTO

Bakıda “ayıq sürücü” qəza törədib - FOTO


23-11-2021, 08:42. Yazar: Xeberaz


Bakının Yasamal rayonunda yol qəzası baş verib.
Hadisə Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.
"KİA" markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığından keçən zaman "Chevrolet" markalı avtomobillə toqquşub. "Chevrolet" idarəetməni itirərək "KİA" markalı avtomobilə çırpıb.
Qəza zamanı "KİA"nı idarə edən qadın xəsarət alıb. Hadisə şahidlərinin məlumatına görə, "Chevrolet"i idarə edən şəxs "ayıq sürücü" xidmətinin əməkdaşı olub.
"Chevrolet"in sürücüsünün Abbas Mirzə Şərifzadə küçəsində işıqforun qırmızı işığından keçdiyi bildirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Məqaləyə dair fotomateriallar:









Geri dön