Ana Sayfa > Karusel / Hadisə > Bakı metrosundakı cibgir tutuldu

Bakı metrosundakı cibgir tutuldu


22-11-2021, 11:34. Yazar: Xeberaz





Bakı metrosunda qadının telefonunu oğurlayan şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, metroda qadın sərnişin E.N-nın mobil telefonunu cibgirlik yolu ilə oğurlayan şəxs, 1975-ci il təvəllüdlü Sahil Həbibov müəyyən olunaraq tutulub.
Bildirilib ki, metro polisinin cinayət axtarış qrupu tərəfindən oğurlanan telefon maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.
Faktla bağlı araşdırma aparılır.

Geri dön