Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt / Məşhurların Taleyi > “Boşandığımı hələ də anlamıram” - Röya

“Boşandığımı hələ də anlamıram” - Röya


17-08-2015, 18:09. Yazar: Xeberaz
“Boşandığımı hələ də anlamıram” - Röya

Müğənni Röya avqustun 21-də Yaşıl Teatrda verəcəyi konsert proqramı ilə bağlı mətbuat konfransı keçirib.


Media nümayəndələri ilə bir araya gələn ifaçı konsertdə yeni mahnılarla yanaşı köhnə mahnılarını da ifa edəcək:

“ Bir çox şirkətlə çalışırıq. Səhnə işlərinə Kənan Bayramov baxır. Libaslarımı Afa xanım hazırlayacaq. İki tərz libas geyinəcəm, biri ağ, bir qırmızı olacaq. İmicimdə çox dəyişikliklər ediləcək. Bütün köhnə mahnılarımı oxuyacam, rəqs edəcəm.

Qorxuram ki, yağış yağar, səslənmə pozular. Allaha dua edirəm ki, mahnının sözlərini unutmayım. Konsertdən öncə sakitləşdirici dərmanlar qəbul edəcəm. Heç bir sənət yoldaşıma dəvətnamə verməmişəm. Belə bir fikrim yoxdur. Xahiş edirəm, bilet alıb gəlsinlər”.

Röya sosial şəbəkədə onun ünvanına təhqiramiz ifadələr işlədən gənci taparaq, onunla şəxsən “razborka” apardıqdan sonra ölkədən qaçması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib:

“Gah dedilər Röyanı tutublar, gah dedilər ölkədən qaçıb. İki aydır ki, Azərbaycanda deyiləm. Türkiyə Azərbaycan yollarındayam. Qardaş ölkədə yeni işlərlə məşğulam, mahnılar yazdırmışam. Orada göstərdim ki, mənim səsim var, kiminsə pulu ilə sənətdə deyiləm.

Ölkədən qaçmağımla bağlı çox insanlar narahat oldu. Məsələ ilə bağlı bir jurnalist Kənan Bayramova zəng etdi, mən də yanında idim. Kənan telefonu götürüb dedi ki, xanım, danışa bilmirəm, başqa yerdəyəm. 15 dəqiqə sonra saytlara baxdıq, artıq ölkəni tərk etməyimizlə bağlı xəbərlər yayılmışdı. O xəbəri yayanlara deyirəm ki, barmağınız sınsın. Mənim heç nə vecimə deyil. Amma valideynlərim narahat olur. Gecə 4-də atam zəng edib, narahat olduğunu bildirdi. Bizi düşünməsələr də, heç olmasa valideynlərimizi nəzərə alsınlar”.

Müğənni boşanmasından da danışıb:

“Media nümayəndələrinə təşəkkür edirəm. Şəxsi problemlərim olanda mənə dəstək oldunuz. Boşanma mənim üçün ağır da, asan da olmadı. Nə baş verdiyini anlamadım. Allah böyükdür. Bəlkə də hələ də anlamıram”.“Qafqazinfo”


Geri dön