Ana Sayfa > Karusel / Hadisə / Dünya > 16 yaşlı qızı 400 nəfər zorladı - Hindistan bu cinayətlə bir-birinə dəydi

16 yaşlı qızı 400 nəfər zorladı - Hindistan bu cinayətlə bir-birinə dəydi


18-11-2021, 08:32. Yazar: Xeberaz

16 yaşlı qızı 400 nəfər zorladı - Hindistan bu cinayətlə bir-birinə dəydi



Hindistanın qərbində 16 yaşlı qız yüzlərlə kişi tərəfindən zorlandığını açıqlayıb.
Bu barədə CNN məlumat yayıb.
Hindistan Uşaqları Müdafiə Komitəsinin (CWC) yayadığı bəyanatda qeyd olunur ki, evsiz qız Maharaştra əyalətinin Bid rayonunda 400 nəfər tərəfindən zorlandığını söyləyib. O, şikayətində iki polis əməkdaşının da təcavüzkarlar arasında olduğunu deyib.
16 yaşlı qız cinsi istismara məruz qalmamışdan öncə avtobus dayanacağında insanlardan pul dilənirmiş. Təcavüzkarların hamısını təsdiqləmək çətin olsa da, o, ən azı 25 nəfəri müəyyən edə bilər.
Adı açıqlanmayan 16 yaşlı qız polisə bildirib ki, 13 yaşında olarkən onu zorlayan 33 yaşlı kişi ilə məcburi evləndiriblər. Ona həmçinin atası tərəfindən də təcavüz edildiyi məlum olub.
Baş verən cinayətlə bağlı artıq 7 nəfərin həbs olunduğu bildirilir.
Geri dön