Ana Sayfa > Karusel / Maraqlı / Texnologiya > “Apple“ avtomobil istehsalına hazırlaşır

“Apple“ avtomobil istehsalına hazırlaşır


16-08-2015, 19:47. Yazar: Xeberaz
“Apple“ avtomobil istehsalına hazırlaşır


İngilis qəzeti "Guardian" Apple şirkətində işləyən mühəndis Frank Fearonun sürücüsüz avtomobil texnologiyası sınaqlarında istifadə olunan "GoMentum Station"u kirayələmək üçün göndərdiyi e-mailləri ortaya çıxarıb

Apple şirkətinin uzun müddətdir, avtomobil istehsal etmək hazırlığında olduğu iddia edilirdi. Lakin buna sübut olan heç bir məlumat əldə yox idi.

Qəzetin ələ keçirdiyi və may ayına aid olan mesajlarda mühəndis sözügedən stansiyanın nə zaman boş olacağını soruşub.

Qeyd edək ki, "GoMentum Station" San-Fransiskodan yarım saat uzaqlıqdakı Konkord şəhərində yerləşir.
Geri dön