Ana Sayfa > Karusel / Dünya / M2 / Fotogalereya > Üsama bin Ladenin oğlundan “əl-Qaidə”yə mesaj

Üsama bin Ladenin oğlundan “əl-Qaidə”yə mesaj


16-08-2015, 19:43. Yazar: Xeberaz
Üsama bin Ladenin oğlundan “əl-Qaidə”yə mesaj
“Əl-Qaidə”nin öldürülən lideri Üsama bin Ladenin oğlunun səs yazısı yayılıb

24 yaşında olduğu ehtimal edilən Həmzə bin Ladenin adı ilk dəfədir ki, təşkilat üzvü olaraq, “əl-Qaidə” təbliğatında istifadə olunur.

Səsli mesajda Həmzə ben Ladin “əl-Qaidə” təşkilatının “qollar”ına salamlarını göndərir, onları ABŞ və müttəfiqlərinə qarşı cihada çağırır.

Oğul bin Laden bu mübarizənin Kabul, Bağdad və Qəzzadan başlayaraq, Vaşinqton, London və Tel-Əvivdə də davam etdirilməsinin vacib olduğunu qeyd edir.

Twitterdə “əl-Qaidə”nin dəstəkçiləri tərəfindən yayılan səsli mesajın “əl-Qaidə”yə aid olduğu bilinən və sadəcə, bu terror təşkilatının üzvlərinin giriş edə bildiyi saytdan götürüldüyü iddia olunur.(musavat.com)
Geri dön