Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda ailə faciəsi: Ata öldü, 10 yaşlı qızı isə...

Azərbaycanda ailə faciəsi: Ata öldü, 10 yaşlı qızı isə...


15-11-2021, 13:03. Yazar: Xeberaz

Ötən gün "Kliniki Tibbi Mərkəz" publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı Füzuli rayonundan 2 nəfər (ata və qızı) daxil olub.
KTM-dən  bildirilib ki, pomidor turşusundan zəhərlənən 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyevanın vəziyyətləri Mərkəzə gətirilərkən ağır olub.
Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. A.Mirzəyeva reanimasiyadadır, vəziyyəti kəskin ağırdır.
Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər.

Geri dön