Ana Sayfa > Karusel / Dünya / Maraqlı > Çemodanda Türkiyəyə keçən gürcü xanımın aqibəti

Çemodanda Türkiyəyə keçən gürcü xanımın aqibəti


24-03-2015, 20:33. Yazar: Xeberaz
Çemodanda Türkiyəyə keçən gürcü xanımın aqibəti
Qadın daha sərhədi keçə bilməyəcək.

Türkiyə hökuməti türk-gürcü sərhədini çemodanda keçməyə cəhd göstərən 22 yaşlı gürcü qızı ölkədən deportasiya ediblər.

Xeberaz.az DHA agentliyinə istinadən xəbər verir ki, həmçinin gürcü qıza kömək edən 25 yaşlı Gürcüstan vətəndaşı da deportasiya edilib.

Gömrük işçiləri Sarpidəki sərhəd buraxılış məntəqəsində kişinin hərəkətindən şübhələniblər. Gürcünü çemodanı açmağa məcbur ediblər və bu zaman onun içində yerləşmiş qadını aşkarlayıblar.

Qadının bundan əvvəl Türkiyəyə getmək üçün icazə ala bilməməsi səbəbindən bu addımı atdığı güman olunur.
Geri dön