Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > 2 doza “Sinovac” vurduranlar peyvənd olunmamış hesab edilir: “Siz qorunmursunuz. Gedin təcili..."

2 doza “Sinovac” vurduranlar peyvənd olunmamış hesab edilir: “Siz qorunmursunuz. Gedin təcili..."


14-11-2021, 11:36. Yazar: Xeberaz
2 doza "Sinovac" peyvəndi vurduranlar hazırda peyvənd olunmamış hesab edilir. 
Bu barədə türkiyəli mütəxəssislər çağırış edib.
"Siz qorunmursunuz. Gedin təcili peyvənd olunun", - deyə xəbərdarlıq edilib.
Bildirilib ki, insanda koronavirus əleyhinə 70-80 % immunited yaratmaq üçün 2 doza "Sinovac" peyvəndi yetərsiz qəbul olunur.
İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza "Sinovac" vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır:
"İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar".

Geri dön