Ana Sayfa > Karusel / Gündəm / M2 > Amnistiya Aktı ümumilikdə neçə nəfərə şamil olunacaq? - Ədliyyə Nazirliyinin rəsmisi AÇIQLADI

Amnistiya Aktı ümumilikdə neçə nəfərə şamil olunacaq? - Ədliyyə Nazirliyinin rəsmisi AÇIQLADI


11-11-2021, 11:52. Yazar: Xeberaz

Zəfər Günü münasibəti ilə təsdiq edilən Amnistiya Aktının Penitensiar Xidmətdə 5800-ə yaxın, Probasiya Xidmətində 8800 nəfər məhkuma şamil olunması gözlənilir.
Bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr - Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş "Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.
"Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir".

Geri dön