Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Dekabrda Yeri ölümcül təhlükə gözləyir

Dekabrda Yeri ölümcül təhlükə gözləyir


9-11-2021, 13:32. Yazar: Xeberaz




Dekabrda Yer kürəsinə uzunluğu 330 metr olan asteroid yaxınlaşacaq. Bu barədə Amerika kosmik agentliyi (NASA) məlumat yayıb. Bildirilir ki, 4660 Nereus adlandırılmış səma cismi futbol meydançasından 3 dəfəyədək böyükdüe və "potensial təhlükəli asteroid" kimi təsnif olunur.
Qeyd edək ki, asteroid Yerə 11 dekabrda Yerə yaxınlaşacaq və planetdən 3,9 milyon kilometr məsafədən uçacaq. Məlumata görə, o planetimiz üçün təhlükə yaratmır.
Asteroid 1982-ci ildə amerikalı astronom Eleonora Helin tərəfindən kəşf olunub. Səma cismi Yerin traektoriyasıyla kəsişən "Appolon" asteroidlər qrupuna daxildir.

Geri dön