Kamran Əsədov bildirib ki, ən yaxşı hal həmin şagirdin evdə təhsilinə, yaxud da fərdi təhsilinə cəlb edilməsinin təmin edilməsidir:
"Azərbaycan Respublikasının Təhsil Haqqında qanununa görə, həmin şəxslər üçün fərdi təhsil tərtib edilir. Yəni, bu və ya digər səbəblərdən, xüsusən hazırkı mövcud şəraitindən həmin şagird fərdi təhsilə cəlb edilməlidir".
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İmişlidə 11 yaşında təcavüzə uğrayaraq uşaq dünyaya gətirən qızın təhsilini davam etdirəcəyi ilə bağlı açıqlama verib.
Xatırladaq ki, İmişlidə 11 yaşlı məktəbli ögey atalığından hamilə qaldığı iddia edilir. Onun övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Əməliyyatdan bir neçə gün sonra isə 11 yaşlı ananın övladı ölüb.