Ana Sayfa > Karusel / Gündəm > Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək əsəcək, qar yağacaq

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək əsəcək, qar yağacaq


9-11-2021, 10:58. Yazar: Xeberaz


Hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit  keçəcəyi  gözlənilir.
Ayın 10-u axşamdan 11-i gündüzədək  bəzi yerlərdə  yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32  m/s, 10-da axşam, 11-də gecə və səhər  yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.
Havanın temperaturunun ötən günlərlə müqayisədə 11-də  5-10° aşağı enəcəyi,  9° isti olacağı gözlənilir.  
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı  gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38  m/s-dək güclənəcək.
Havanın temperaturu 11-də ötən günlərlə müayisədə 5-10° aşağı enəcək.


Geri dön