Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Tələbələrə ŞAD XƏBƏR: 22 milyon manat vəsait ayrılacaq

Tələbələrə ŞAD XƏBƏR: 22 milyon manat vəsait ayrılacaq


5-11-2021, 13:33. Yazar: Xeberaz

Gələn il tələbə kreditinin verilməsi üçün 2022-ci ilin dövlət büdcəsindən ayrılacaq vəsait məlum olub.
Bununla bağlı məsələ "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 22 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisə daxil olub və komitə iclaslarında müzakirəyə çıxarılacaq.
 

Geri dön