Ana Sayfa > Karusel / Şou-Biznes > Uşaqları əlindən alınan Cananadan açıqlama

Uşaqları əlindən alınan Cananadan açıqlama


29-10-2021, 10:43. Yazar: Xeberaz


"Vəkilim Namiq Hacıyev haqsız qərara belə göz yuma bilmədi".
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana uşaqların ataya verilməsi haqda açıqlamasında bildirib. O, instaqramda post paylaşaraq bu vəziyyətdən narahat olduğunu qeyd edib:
"Hakim Etibar Musayev mənim övladlarımı dinləyərək, onların "Bilmirik, niyə atamızı seçirik, çünki o bizi balıq yeməyə aparacaq" cavabından sonra, indidən uşaqları rüşvətə öyrədən ataya verirsə, o, niyə bu vəzifənin sahibi olmalıdır? Mən ana olaraq hüquqlarımın tapdalanmasına yol verməycəm.  Anaların haqqını qorumaq lazımdır. Mən cəmiyyətimizə sağlam və yararlı övlad gətirmişəm. Bu qərarlara görə, körpələrim psixoloji travma alırlar. Yəqin ki, səsimə səs veriləcək, dəstək göstəriləcək".
Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə uşaqların qəyyumluğu ata Kərim Həmidova verilib.

Geri dön