Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > Rusiyada helikopter qəzası - 5 ölü

Rusiyada helikopter qəzası - 5 ölü


16-08-2015, 13:25. Yazar: Xeberaz
Rusiyada helikopter qəzası - 5 ölü

Rusiyanın Xabarovsk vilayətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində, göyərtədə olan 16 nəfərdən 5-i həlak olub

Xeberaz.az
TASS agentliyinə istinadla xəbər verir ki, dənizə düşən helikopterdən 11 nəfər xilas edilib.

Qəza helikopterin Polina Osipenko qəsəbəsindən Onçaqan rayonuna uçarkən baş verib. Reysin şəxsi sifariş əsasında həyata keçirildiyi qeyd olunur.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin hava və dəniz nəqliyyat vasitələri göndərilib. Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Geri dön