Ana Sayfa > Karusel / Səhiyyə > Həkimdən həyəcan siqnalı: "Yeni ştammı uşaqlar ağır keçirir"

Həkimdən həyəcan siqnalı: "Yeni ştammı uşaqlar ağır keçirir"


27-10-2021, 12:44. Yazar: Xeberaz
Həkimdən həyəcan siqnalı: "Yeni ştammı uşaqlar ağır keçirir"


“AY.4.2” ştammı Delta ştammının ikinci dəfə mutasiya etmiş formasıdır. Bu ştammda 1 nəfərin 9 nəfəri yoluxdurma ehtimalı var". 
Bu sözləri açıqlama verən  tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, virusun uşaqlar arasında daha çox yayılması narahatlıq yaradır:

“Yeni ştammın uşaqlar arasında sürətlə yayılması da ciddi narahatlıq yaradır. Xəstəlik çox sürətlə yayılır, bütün dünyada çox ciddi yayılma prosesi var.
 Azərbaycanda da bu ştammın olmasını tam təbii sayıram. Çünki artıq ölkəmizdən digər ölkələrə gediş-gəliş var. Avropada və qonşu ölkələrdə artım var. Buna görə də, bizdə də yoluxmada artımlar müşahidə olunur. “AY.4.2” ştammının Azərbaycanda olmasını real hesab etmək olar. 
Yeni ştammın fərqi odur ki, digər virus növlərinə nisbətən daha çox yoluxucudur. Gənclər və uşaqlar arasında daha tez yayılır. Onlar  isə virusa yoluxduqları dövrü çox ağır keçirirlər."
Geri dön