Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda 18 yaşlı qızın mədəsindən iki kiloqram “daş” çıxarıldı - FOTO

Bakıda 18 yaşlı qızın mədəsindən iki kiloqram “daş” çıxarıldı - FOTO


27-10-2021, 08:59. Yazar: Xeberaz

Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən 18 yaşlı pasiyentin mədəsində trixobezoar (tükdən ibarət daş) aşkarlanıb.
Daşların ağırlığından xəstə artıq yemək yeyə bilmirdi.

Təcili əməliyyat edilən qızın mədəsindən çəkisi 2 370 qram olan iki daş çıxarılıb.
Belə ki, əməliyyatı icra edən cərrahın sözlərinə görə, əsasən qızlarda rast gəlinən bu xəstəlik uzun illər saçını çeynəmək, yaxud sormaqdan sonra yaranır.
]
Belə halla rastlaşmamaq üçün valideynlər uşaqlarına ciddi nəzarət etməli və mütəmadi ağıza yad cisimlərin aparılmasının qadağan olunmasını xatırlatmalıdırlar.
 

Məqaləyə dair fotomateriallar:






Geri dön