Ana Sayfa > Karusel / Hadisə > Bakıda sərnişin avtobusu piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda sərnişin avtobusu piyadanı vuraraq ÖLDÜRDÜ


26-10-2021, 10:30. Yazar: Xeberaz

Bakıda sərnişin avtobusu piyadanı vuraraqÖLDÜRDÜ



Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə “Daewoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Geri dön