Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO


25-10-2021, 08:30. Yazar: Xeberaz

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO 





Bakıda daha bir aktiv koronavirus xəstəsi ictimaiyyət arasında saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Bir az əvvəl metronun “Avtovağzal” stansiyasında aktiv koronavirus xəstəsi, 1982-ci il təvəllüdlü Eldam Hüseynov saxlanılıb. Deyir, hava almağa çıxmışdım. Bu əməlin adı cinayətkarcasına özünəgüvənmədir, etinasızlıqdır.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir”.










Geri dön