Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Məşhur aktyor film çəkilişi zamanı operator və rejissoru güllələdi - Video

Məşhur aktyor film çəkilişi zamanı operator və rejissoru güllələdi - Video


22-10-2021, 09:02. Yazar: Xeberaz

Məşhur aktyor film çəkilişi zamanı operator və rejissoru güllələdi



ABŞ-da film çəkilişi zamanı bədbəxt hadisə baş verib.
Buna döyüş səhnəsi çəkilən zaman silahların boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrlə doldurulması səbəb olub. 
Döyüş səhnəsinin çəkilişi zamanı güllələrdən biri filmin operatoru, digəri isə rejissoruna dəyib. Rejissor körpücük sümüyündən yaralanıb, 42 yaşlı operator Alina Xatçins isə çatdırıldığı xəstəxanada ölüb.
Məlumata görə, aktyor Alek Bolduin filmin çəkilişində iştirak edib və atəşi də məhz o açıb.











Geri dön