Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Koronavirusun yeni ştammı ilə bağlı XƏBƏRDARLIQ: Eyni anda 9 nəfər...

Koronavirusun yeni ştammı ilə bağlı XƏBƏRDARLIQ: Eyni anda 9 nəfər...


22-10-2021, 08:53. Yazar: Xeberaz
Koronavirusun yeni ştammı ilə bağlı XƏBƏRDARLIQ: Eyni anda 9 nəfər... Koronavirusun “Delta” ştammının alt növü olan “AY.4.2” virusu daha yüksək yoluxma qabiliyyəti ilə xarakterizə olunur.
Bir daşıyıcı eyni anda doqquz insanı yoluxdura bilər. Mütəxəssislər deyirlər ki, yeni alt növlər simptomları daha sürətli göstərir.
Rusiya Səhiyyə Nazirliyinin Mərkəzi Federal Dairə üzrə baş sərbəst pulmonoloqu, professor, tibb elmləri doktoru Andrey Malyavin yeni mutasiyanın daha yoluxucu olduğunu və simptomların sürətli inkişaf etdiyini qeyd edib.
“Daha çox insan orta, ağır və son dərəcə ağır formalardan əziyyət çəkir. Simptomlar çox tez inkişaf edir. Uşaqlar da xəstələnməyə başlayıblar", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, sözügedən virus “Delta” ştammının 45 alt növündən biridir. Rusiyada artıq “AY.4.2” virusu aşkar edilib.


Geri dön