Ana Sayfa > Karusel / Hadisə > Zəhərlənmədən ölən uşaqlar göbələyi özləri yığıbmış...

Zəhərlənmədən ölən uşaqlar göbələyi özləri yığıbmış...


21-10-2021, 08:47. Yazar: Xeberaz


Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Qaxda bir ailənin üç üzvü göbələkdən zəhərlənib və onlardan ikisi 9 yaşlı İbrahimxəlil Qasımzadə, 12 yaşlı Murad Qasımzadə ölüb.
Uşaqları zəhərləyərək onların ölümünə səbəb olan göbələkləri azyaşlılar özləri bağdan yığıb. Onlar zəhərli göbələyi evə gətirib və bişirilməsi üçün valideyninə veriblər.
Bir müddət sonra zəhərli göbələk öz təsirini göstərib və azyaşlılarla yanaşı, 1974-cü il təvəllüdlü, Muradın atası Mübariz Qasımlı da xəstəxanalıq olub. Vəziyyətləri ağır olan xəstələr Bakıya çatdırılıb, azyaşlıların həyatını xilas etmək mümkün olmayıb.




Geri dön