Ana Sayfa > Karusel / Hadisə > Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb

Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb


15-10-2021, 08:56. Yazar: Xeberaz
Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atıbBakıda yeniyetmə intihara cəhd edib.
Hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Geri dön