Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Kişilərə inanmadı, özünə ərə getdi - Fotolar

Kişilərə inanmadı, özünə ərə getdi - Fotolar


12-10-2021, 09:33. Yazar: Xeberaz

Kişilərə inanmadı, özünə ərə getdi - Fotolar




Braziliyalı Kris Qalera adlı model qəribə addım atıb.
Xeberaz.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı model özünə olan sevgisindən San-Pauloda özü ilə ailə qurub. Kris toyu haqda bunları danışıb:
"Utanmadım, kilsəyə qətiyyətlə getdim. Makiyaj və saç düzümümü də özüm hazırlamışdım. Yanımda bəy olmadığı üçün hamı mənə qəribə baxırdı. 
Bu addımı atmağıma səbəb keçmiş münasibətlərimdə yaşadığım problemlər və özümə olan sevgim oldu. Bir qadına sadiq qalmaq kişilərə çətin gəlir. Onlara eyni vaxtda bir neçə qadın lazımdır. Heç vaxt özümdən boşanmayacağam. Yeni münasibət qursam da, həmin şəxs həmişə ikinci, mən isə 1-ci olacağam".
Kris Qalera yaxın zamanlarda bal ayına çıxacağını da bildirib.



                 





Geri dön