Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakı və Beyləqanda bədbəxt hadisə baş verib

Bakı və Beyləqanda bədbəxt hadisə baş verib


15-08-2015, 20:00. Yazar: Xeberaz
Bakı və Beyləqanda bədbəxt hadisə baş verib
Xeberaz.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 14-də Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb. Ağcabədi rayon sakini Sərdar Qarayev üzərinə su çəninin aşması nəticəsində hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin saytı həmçinin Beyləqanın 2-ci Şahsevən kənd sakini Müşfiq Allahverdiyevin dünyasını dəyişməsi barədə məlumat yayıb. Məlumata görə, işıq dirəyinə çıxan Müşfiq Allahverdiyevi elektrik cərəyanı vurub. Nəticədə, o, keçinib.
Geri dön