Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda dəhşət! Əri hamilə qadını döyərək uşağını öldürmək istəyib - FOTO

Azərbaycanda dəhşət! Əri hamilə qadını döyərək uşağını öldürmək istəyib - FOTO


2-10-2021, 14:34. Yazar: Xeberaz
Azərbaycanda dəhşət! Əri hamilə qadını döyərək uşağını öldürmək istəyib - FOTOAzərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib. 
O hesabında zorakılığa məruz qalan hamilə qadın fotosu yayımlayıb. Ağazadə onun həyat yoldaşının narkotik istifadəçisi olduğunu və əri tərəfindən şiddətə məruz qaldığını bildirib:
"9 aylıq körpəsini qoruduğu üçün bu haldadır. Atacıq uşağı öldürməyə təşəbbüs göstərib. Cinayət hadisəsi Binəqədi rayon 6-cı bölmə ərazisində baş berib. Qadın özü Abşeron rayon sakinidir. Sosial şəbəkədən məni tapıb. Dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başlanılıb.
Amma kim zəmanət verə bilər ki, evə qayıdanda öldürülməyəcək? Yoldaş dediyim şərəfsiz narkotik istifadəçisidir. Sübuta yetirməyə zaman lazımdır. Zaman isə nə qadının, nə də körpənin xeyrinə çalışmaya da bilər. Evə dönə bilməz, qardaşı da öldürəcəyini bildirib.
Zorakılıq qurbanlarının mühafizə orderinə deyil, mühafizə sisteminə ehtiyacı var!"



Geri dön