Ana Sayfa > Karusel / Gündəm > Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA


2-10-2021, 12:11. Yazar: Xeberaz




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hazırkı hava şəraiti ilə bağlı məlumat yayıb.
Xeberaz.az xəbər verir ki, oktyabrın 2-si saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Yağan yağış nəticəsində saat 08:00 radələrindən Talaçaydan (Zaqatala) sel keçir. Şimal-qərb küləyi Naftalanda 28 m/s, Salyanda 23 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti həftənin sonunadək davam edəcək.



Geri dön