Ana Sayfa > Karusel / Gündəm > Bu gündən taksi sürücülərindən COVID-19 pasportu tələb olunacaq

Bu gündən taksi sürücülərindən COVID-19 pasportu tələb olunacaq


1-10-2021, 09:47. Yazar: Xeberaz





Bu gündən - oktyabrın 1-dən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərdən ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.
Məlumata görə, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.
Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli qərarına əlavədə əks olunub.
Eyni zamanda bu gündən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək.

Geri dön