Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Rusiyada qiyamət əlaməti: Sakinlər təşviş içindədir - VİDEO

Rusiyada qiyamət əlaməti: Sakinlər təşviş içindədir - VİDEO


30-09-2021, 08:27. Yazar: Xeberaz


Rusiyanın Novosibirsk bölgəsində yollarda yüzlərlə ölü qarğa görüntülənib.
Xeberaz.Az Xəzər TV-yə istinadən bildirir ki, ölü quşların göydən düşdüyünü görən sakinlər təşvişə düşüb. Digər tərəfdən başqa bir heyvan növünün zərər görmədiyi bildirilib.
Qarğaların öldüyü bölgədə baytarlıq edən Sergey Kuzlyakin jurnalistlərə açıqlamasında hazırda quşların ölüm səbəbini müəyyən etmək üçün işlərin davam etdiyini deyib. "1975-ci ildən bəri baytar olaraq çalışıram və ilk dəfədir belə hadisə ilə qarşılaşdım. Özüm də təəccübləndim", - deyə Kuzlyakin əlavə edib. Baytarın sözlərinə görə, səlahiyyətli şəxslər hazırda ölü quşları yığmaqla məşğuldurlar. Qarğaların bir hissəsi yandırılsa da, qalanının laboratoriyada analiz edilməsi üçün ayrıldığı qeyd edilib.
Kənd sakinləri ölü quşlarla bağlı hadisəni qiyamət əlaməti kimi dəyərləndirib. Aidiyyatı şəxslər isə, 10 il əvvəl də oxşar hadisənin yaşandığını - Arkansasda göydən minlərlə quşun düşdüyünü, yaxınlıqdakı çayda 100 min şirin su balığının öldüyünü, İtaliyada göyərçin ölümlərinin gerçəkləşdiyini deyib. Hesabatda gizli hökumət sınaqları, insan fəaliyyətləri, dəyişən iqlim şəraiti kimi ehtimal olunan nəzəriyyələr də əks olunub.







Geri dön