Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > Metrolarda COVİD-19 pasportu tələb olunacaqmı? - VİDEO

Metrolarda COVİD-19 pasportu tələb olunacaqmı? - VİDEO


30-09-2021, 08:16. Yazar: Xeberaz
Metrolarda COVİD-19 pasportu tələb olunacaqmı? - VİDEO Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları da sərnişindaşıma fəaliyyəti göstərəcək.
Qatarların hərəkət cədvəli 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub.
Bakı Metropoliteni QSC-nin Hərəkət Xidmətinin rəisi Elxan Məmmədov mövzu ilə bağlı sualları cavablandırıb.
O bildirib ki, digər günlərdə olduğu kimi həftə sonu da metro saat 06:00-dan gecə saat 12-ə kimi fəaliyyət göstərəcək.
Xidmət rəisinin sözlərinə görə indiki məqamda sərnişinlərdən COVİD pasportunun yoxlamaq qeyri-mümkün olar. Onun sözlərinə görə, müxtəlif qurumlarda, həmçinin ali təhsil müəsisələrində COVİD sənədi yoxlandığı üçün metropolitendə bu yoxlamalara ehtiyac yoxdur.
Daha ətraflı Baku TV-nin süjetində:


V


Geri dön