Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV > Ermənilər yandırıcı güllələrdən kəndlərimizi atəşə tutublar - VİDEO

Ermənilər yandırıcı güllələrdən kəndlərimizi atəşə tutublar - VİDEO


15-08-2015, 16:35. Yazar: Xeberaz
Ermənilər yandırıcı güllələrdən kəndlərimizi atəşə tutublar - VİDEO
Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Ermənistan silahlı qüvvələri Tovuzun sərhəd kəndlərində yanğınlar törədiblər.

Xeberaz.az
-ın APA-ya istinadən verdiyi məlumata görə, ötən gün günorta saatlarından etibarən Tovuzun sərhəd kəndləri olan Ağdam və Əlibəyli ermənilər tərəfindən yandırıcı güllələrdən atəşə tutulub.

Nəticədə kəndlərin yaxınlığında olan otlaq sahələrində yanğın başlayıb. Axşam saatlarında alov Ağdam kəndində yaşayış evlərinə yaxınlaşdığından yanğınsöndürənlər əraziyə çağırılıb.

Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun kəndə ziyan vurmaması üçün qabaqlayıcı tədbirlər görüblər. Kənd sakinləri bildiriblər ki, ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovu tez bir zamanda kəndə istiqamətləndirə bilib. Alovdan qorunmaq üçün qaçan yırtıcılar və sürünənlər də kəndlər üçün təhlükə yaradırlar.

Geri dön