Ana Sayfa > Karusel / Gündəm / Təhsil > COVID pasportunun yoxlanılması universitetlərdə sıxlıq yaratdı - GÜNÜN MƏNZƏRƏSİ

COVID pasportunun yoxlanılması universitetlərdə sıxlıq yaratdı - GÜNÜN MƏNZƏRƏSİ


29-09-2021, 10:09. Yazar: Xeberaz


Bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb.

Xeberaz.az xəbər verir ki, tədrisin başlaması ilə Bakıda sıxlıq artıb.

Bundan başqa, ali təhsil müəssisələrində tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda uzun növbələrin yaranmasına səbəb olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də Bakı Dövlət Universitetində də bu hal yaşanıb.

Geri dön