Ana Sayfa > Karusel / Maraqlı > Alimlər: "500 ildən sonra Yer üzündə yaşamaq mümkün olmayacaq"

Alimlər: "500 ildən sonra Yer üzündə yaşamaq mümkün olmayacaq"


29-09-2021, 09:53. Yazar: Xeberaz
Qlobal istiləşmə ssenarilərindən biri Yer kürəsinin beş yüz il ərzində yaşamaq mümkün olmayan bir məkana çevrilməsini əhatə edir.
Bununla bağlı bir qrup kanadalı və ingilis alimi öz tədqiqatlarında nəticə əldə ediblər.
Tədqiqatçılar BMT-nin İqlim Strategiyası sənədinə diqqət çəkiblər. Belə ki, bu sənəddə ölkələrin qlobal istiləşmə ilə bağlı mübarizədə təcili olaraq səylərini artırmaları tələb olunur.
"Qlobal istiləşmə dayandırılmasa, beş yüz ildən sonra Yer o qədər dəyişəcək ki, biz tarixi mədəniyyətlərimizin yaşaması və qorunması üçün mübarizə aparmalı olacağıq", - "The Conversation" tədqiqatçılarının məqaləsində deyilir.
Bu nəzəriyyəyə görə, Yerin bir hissəsi istiləşmə səbəbindən yaşayış üçün əlverişsiz hala gələcək, eləcə də buğda və kartof da daxil olmaqla bir sıra məhsullarda münbit torpaq olmaması səbəbindən qıtlıq olacaq.
Alimlər qlobal səviyyədə iqlim strategiyalarının daha diqqətli planlaşdırılmasına və fəlakətin qarşısını almaq üçün qüvvələrin birləşməsinə ehtiyac olduğunu qeyd ediblər.




Geri dön