Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda 4 balıqçı Xəzərdə itkin düşüb.

Azərbaycanda 4 balıqçı Xəzərdə itkin düşüb.


15-08-2015, 16:27. Yazar: Xeberaz
Azərbaycanda 4 balıqçı Xəzərdə itkin düşüb.
“Balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb”.



Xeberaz.az
xəbər verir ki, bu barədə virtualaz.org-a Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.

T.Əliyevin sözlərinə görə, Neftçala rayonu, Qoltuq kəndinin 4 sakini avqust ayının 10-dan itkin düşüblər: “Onlardan biri də xalam oğludur. Həmin şəxslər bunlardır:

Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü

Abbasov Sahib Qarakişi oğlu, 1986-cı il təvəllüdlü

Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü

Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü”.

T.Əliyevin sözlərinə görə, adıçəkilən şəxslər 5 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur:

“Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları iki gün sonra - avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən onlara bildirilib ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb”.
Geri dön