Ana Sayfa > Karusel / Texnologiya > "Google"dan "Tik-Tok" və "Instagram" istifadəçiləri üçün YENİLİK

"Google"dan "Tik-Tok" və "Instagram" istifadəçiləri üçün YENİLİK


27-09-2021, 16:56. Yazar: Xeberaz

  • “Google” şirkəti “Tik-Tok” və “Instagram” sosial şəbəkəsi ilə əməkdaşlıq edəcək.
    Xeberaz.az bildirir ki, şirkət həmin sosial şəbəkələrdə paylaşılan videoların axtarış nəticəsində görünməsini təmin edəcək.


    “Tik-Tok” və “Instagram” rəsmiləri axtarış nəticəsində “Google”da ancaq “YouTube” videolarının görünməsindən şikayət edirdi. “Google” artıq bu problemi həll etmək üçün həmin sosial şəbəkələrlə əməkdaşlığa başlayıb.

    Qeyd edək ki, ötən il problemin həlli üçün “Google” bəzi sınaqları həyata keçirsə də, şirkətlərlə razılığa gələ bilməmişdi.  

Geri dön