Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Sərxoş Bakı sakini: Uşağın bədəninə bomba bağlamışam - VİDEO

Sərxoş Bakı sakini: Uşağın bədəninə bomba bağlamışam - VİDEO


15-08-2015, 16:23. Yazar: Xeberaz
Sərxoş Bakı sakini: Uşağın bədəninə bomba bağlamışam - VİDEO
Hadisə yerinə dərhal polis əməkdaşları gediblər.

FHN-nin 112 “qaynar xətt”inə gələn zəng həyəcana səbəb olub.

Xeberaz.az -ın Vesti.Az-a istinadən verdiyi məlumata görə, açıq mobil nömrədən zəng edən şəxs azyaşlı uşağın üzərinə bomba bağladığını deyib.

Hadisə yerinə dərhal Binəqədi rayon Polis İdarəsinin əməkdaşları da gediblər. Mirəli Qaşqay küçəsində yerləşən ünvana gələn polis əməkdaşları burada nə uşaq, nə də bomba aşkarlayıblar. Amma zəng edən şəxs tapılıb.

Onun Binəqədi rayon sakini Məmmədov Mahmud İslam oğlu olduğu müəyyən edilib. O saxlanılıb.

Mahmud Məmmədovun sərxoş olduğu məlum olub. Araşdırma aparılır.

Geri dön