Ana Sayfa > Karusel / Hadisə / M2 > Kürdəmirdə 22 yaşlı qadın sirkə turşusu içərək intihar edib

Kürdəmirdə 22 yaşlı qadın sirkə turşusu içərək intihar edib


15-08-2015, 16:14. Yazar: Xeberaz
Kürdəmirdə 22 yaşlı qadın sirkə turşusu içərək intihar edib
İntihara ailə münaqişəsi səbəb olub.

Kürdəmirdə intihar hadisəsi baş verib.

Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Xırdapay kənd sakini, 1993-cü il təvəllüdlü Elgün Hacıyeva sirkə turşusu içərək intihara cəhd edib.

E. Hacıyeva təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti kəskin ağır olduğundan müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qadın bu gün xəstəxanada dünyasını dəyişib. İlkin məlumata görə, intihara ailə münaqişəsi səbəb olub.

Hadisənin dəqiq baş vermə səbəbi Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Geri dön